Saytımızı qiymətləndirin


 
 

"Rusiyalı ekspert: “Makron Minsk qrupunda təmsilçilik çərçivəsindən kənara çıxıb
Tarix: 02-10-2020 | Saat: 15:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiyalı ekspert: “Makron Minsk qrupunda təmsilçilik çərçivəsindən kənara çıxıb”
Qriqori Trofimçuk

“Fikrimcə, jurnalistlər, o cümlədən fransızlar müharibə bölgəsində olmamalıdır. Özü də onların bir çoxu sonradan, onsuz da, həqiqəti yox, hadisələrə dair öz baxışlarını yayımlayırlar. Fransızların yaralanması artıq ATƏT-in Minsk qrupunda təmsil olunan vasitəçi ölkənin təmsilçisi çərçivəsindən kənara çıxan Emmanuel Makronun siyasətinə sərf edir. Qoy onun ölkəsindən olan jurnalistlər, o cümlədən yaralananlar ATƏT-in Minsk qrupunun günahlarını ətraflı araşdırsınlar. Bu hadisələrə qədər rəsmi Paris sülh danışıqları çərçivəsində daha fəal işləsəydi, bu insanlar Qarabağda atəşə tutulmazdı”.

Qarabaginfo.az xəbər verir ki, bunu Report.az-ın  Rusiya bürosuna rusiyalı politoloq, Avrasiya İdeyaları Emalatxanası Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk qanunsuz olaraq Dağlıq Qarabağda olan fransız jurnalistlərin yaralanmasına münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağa getmək üçün Azərbaycandan icazə almaq lazımdır, amma fransız jurnalistlər bunu görməzdən gəliblər: “Yəqin, bu jurnalistlər, belə demək mümkünsə, “sensasiya” istəyiblər. İstəyiblər ki, döyüş bölgələrindən olan reportajları mümkün qədər “qaynar” olsun. Bu səbəbdən də bu əraziyə giriş qaydaları da daxil olmaqla, bütün tələb olunan qoruma tədbirlərinə laqeyd yanaşıblar. Onlar hansısa tanınmayan ölkəni yox, Fransanı təmsil edirlər. Məhz ATƏT-in Minsk qrupunda təmsil olunan Fransanı. Odur ki, müəyyən olunmuş normalara riayət etməli idilər. Əks təqdirdə, Parisin Qarabağ üzrə danışıqlar prosesi çərçivəsində qəbul edilən sənədlərin hamısına necə əməl edəcəyi bəlli deyil”.

O həmçinin Fransa prezidenti Emmanuel Makronun mövqeyini də şərh edib və bunun münaqişənin həllində vasitəçiliyə yox, Ermənistana açıq-aydın dəstək verməyə bənzədiyini söyləyib: “Ermənistan həmişə Fransaya yaxın olub, təkcə siyasi yox, həm də mədəni baxımdan. Burada yeni bir şey yoxdur. Birdən Qarabağ müharibəsi ətrafında ölkələrin hərbi blokları yaranmağa başlasa, məsələn, Türkiyə Azərbaycanın tərəfində olduğu kimi, Fransa da Ermənistanın tərəfində olardı”.

“Problem həm də ondadır ki, Beşinci respublikanın böyük prezidentlərinin dövrü, təəssüf ki, arxada qalıb. Deyərdim ki, artıq bu böyük ölkənin qəribə rəhbərlərinin yaratdığı zəncir uzandıqca uzanır. Makron bu sırada artıq üçüncüdür. Elə rəsmi Parisin bütün qəribə qərarları da bununla bağlıdır”, - deyə Q.Trofimçuk fikirlərini tamamlayıb.



Xəbəri paylaş

359 dəfə oxunub.

Digər xəbərlər