Saytımızı qiymətləndirin


 
 

Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır
Tarix: 18-09-2020 | Saat: 11:11
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat | çapa göndər

Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır

Dünya iqtisadiyyatının yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən yaranan böhrandan bərpası 5 il çəkə bilər.

Qarabaginf. az "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart (Carmen Reinhart) deyib.

"Karantinlə əlaqədar bütün məhdudlaşdırıcı tədbirlərin ləğvi fonunda olduqca sürətli bir sıçrayış olacaq, lakin tam bərpa 5 ilə qədər davam edəcək", - deyə iqtisadçı bildirib.

Eyni zamanda, K. Reynhart böhrandan sonra dünyada yoxsulluq səviyyəsi son 20 ildə ilk dəfə artacağını gözləyir.

İqtisadçının fikrincə, pandemiyanın yaratdığı böhran dünyadakı bərabərsizliyi artıracaq: "Əhalinin ən kasıb təbəqəsi zəngin ölkələrdə böhrandan daha çox əziyyət çəkəcək, kasıb ölkələr isə zəngin ölkələrə nisbətən daha çox zərər görəcək".

Qeyd edək ki, Dünya Bankı iyun ayında 2020-ci ildə dünya iqtisadiyyatını İkinci Dünya müharibəsindən bəri rekord səviyyədə azalacağını proqnozlaşdırıb – 5,2%. Halbuki hələ cari ilin yanvar ayında bank qlobal ÜDM-in 2,5% artacağını gözləyirdi APA



Xəbəri paylaş

319 dəfə oxunub.

Digər xəbərlər