Saytımızı qiymətləndirin


 
 

Bakı şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinə müraciət edib
Tarix: 04-05-2020 | Saat: 11:52
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakı şəhər Baş Polis İdarəsi yayılan şayələrə reaksiya verdi ...

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş bəzi şəxslərin müvafiq icazələrdən sui-istifadə edərək, ciddi zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir.

Qarabaginfo.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu cür halların yolverilməzliyi baxımından, mayın 3-də, həftənin bazar günü fəaliyyətinə icazə verilən bir sıra dövlət qurumlarının və digər sahələrdə çalışan şəxslərin qeyri iş günlərində zərurət olmadan küçəyə çıxmaları müəyyən edilib. Bu növ pozuntulara yol verən yalnız Bakı şəhəri üzrə 275 nəfər saxlanılaraq, hər biri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Zərurət yaranmadıqda vətəndaşlara şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir şəxsdən ciddi səbəb olmadan evdən çıxmamaları tövsiyə edilir.



Xəbəri paylaş

434 dəfə oxunub.

Digər xəbərlər