Saytımızı qiymətləndirin


 
 

Xaricdə olduğuna görə 41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib
Tarix: 02-05-2020 | Saat: 15:48
Bölmə:Karusel / Sosial | çapa göndər

Təyyarə — Vikipediya

 

Birdəfəlik ödəmə (190 manat) ilə bağlı müraciət edən şəxslərdən 41 min nəfərin müraciət etdiyi zaman xarici ölkədə olduğu (aidiyyəti qurumların informasiya bazasından əldə edilmiş məlumatlar əsasında) müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Qeyd edək ki, birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.



Xəbəri paylaş

474 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70