Saytımızı qiymətləndirin


 
 

Bakıda maskalı şəxslər avtomobilə basqın edib 10 min dollar apardı
Tarix: 30-04-2020 | Saat: 12:14
Bölmə:Karusel / Kriminal | çapa göndər

Bakıda quldurluq hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, aprelin 28-i saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10 000 ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.



Xəbəri paylaş

651 dəfə oxunub.

Digər xəbərlər