Saytımızı qiymətləndirin


 
 

Operativ Qərargah: Karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür
Tarix: 18-04-2020 | Saat: 20:24
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

"Ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir". 

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabienti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

"COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir", - deyə məlumatda vurğulanıb.



Xəbəri paylaş

371 dəfə oxunub.

Digər xəbərlər