Saytımızı qiymətləndirin


 
 

Bakıda polis karantin rejimini pozanları cərimələməyə başladı
Tarix: 27-03-2020 | Saat: 12:24
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Polis Bakıda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir. Qarabaginfo.az-ın xəbərinə görə, polis bu gündən xüsusi karantin rejim qaydalarını pozanları cərimələməyə başlayıb.

Belə ki, rejim qaydalarına əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Qaydalara əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub."Report"



Xəbəri paylaş

399 dəfə oxunub.

Digər xəbərlər