Saytımızı qiymətləndirin


 
 

MTRŞ sədri Lider TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb
Tarix: 11-03-2020 | Saat: 12:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

MTRŞ sədri Lider TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Lider TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb. 

"Qarabaginfo" xəbər verir ki, Nüşrəvan Məhərrəmli  Apa.az-a açıqlamasında bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib.

“Bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz arasında həll edəcək. Telekanalın maliyyə borcu var. Qanunvericiliyə görə, telekanal 30 gün müddətində ard-arda, yaxud da il ərzində fasilələrlə 60 gün müddətində yayımlanmasa, Şura tərəfindən onun yayımının dayandırılması məsələsinə baxıla bilər. Belə olan zaman biz telekanalın yayımını dayandıra bilərik. Bu, texniki məsələdir. Texniki məsələ olduğuna görə telekanalın yayımı Teleradio İstehsalat Birliyi tərəfindən dayandırılıb. Bizim tərəfimizdən kanalın yayımının dayandırılması barədə qərar verilməyib. Məsələ həllini tapacaq”, - deyə MTRŞ sədri vurğulayıb.

 



Xəbəri paylaş

409 dəfə oxunub.

Digər xəbərlər
23-10-2023, 17:13 Hakan Fidan Tehrandadır