Saytımızı qiymətləndirin


 
 

"Bu acı gerçəyi qəbul etəməyi bacarmalıyıq" - Zaur Əhməd
Tarix: 10-02-2020 | Saat: 14:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

img

 

 

"Seçki ilə bağlı uzun-uzadı nəsə yazmağa dəyməz. Ümumi siyahıya baxanda şərhə ehtiyac qalmır. Müxtəlif məntəqlərdə baş vevən qanun pozuntuları ilə bağlı video-materiallar ortadadır. Odur ki, seçkiyə qiymət verməyi mənasız iş hesab edirəm. Bu proses mənə çox şey öyrətdi deyə bu marafondan özümü qazanclı hesab edirəm".

Bu sözləri 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa  namizəd olmuş Zaur Əhməd deyib.

O bildirib ki, seçkinin bütün mərhələlərində gücü çatanı eləyib:

"Dəstəkləyənlər oldu, bu dəstəyi son günə kimi gerçəkləşdirənlər oldu. Tanımadığım kifayət qədər insanla tanış oldum. Qazilərdən, keçmiş döyüşçülərdən dəstək aldım.

Seçki günü və sonunda çox qaranlıq mətləblər mənə aydın oldu. Ən çoxu da xeyli maskaların cırıldığını, xeyli etibarsızların olduğuna əmin oldum. Seçkini təşkil edən də, saxtakarlığa gedən də, üzünə gülüb arxanca danışan da, seçimini kiminsə sözünə, tələbinə uyğun edən də bu xalqın nümayəndələridir. Bu xalqı seviriksə, uğruna ölməyə hazırıqsa, bu acı gerçəyi qəbul etəməyi bacarmalıyıq.

Amma bu seçki mənim həyatımda dönüş nöqtəsi oldu. Elə bir komandaya, gücə sahib olduğumu anladım ki, bunun dəyəri heç nə ilə ölçülə bilməz. Bu prosesdə ilk gündən mənim yanımda olan, seçki qərargahımın üzvləri, vəkillərim, müşahidəçilərim, mediada dəstək verən dostlarım, hamınız var olun".

Mia.az 



Xəbəri paylaş

434 dəfə oxunub.

Digər xəbərlər