Saytımızı qiymətləndirin


 
 

Bakı-Sumqayıt yolundakı tıxac bu tarixdə bitəcək: Yolda təmir işləri aparan “Azərsu” ASC-dən vəd
Tarix: 25-10-2019 | Saat: 17:27
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Bakı-Sumqayıt yolundakı tıxac bu tarixdə bitəcək: Yolda təmir işləri aparan “Azərsu” ASC-dən vəd

 

"Bu həftə ərzində, uzağı gələn həftəyə işimizi başa vurub, Bakı-Sumqayıt yolundan çıxacağıq”.

 

Qaravaginfo "Sfera.az"a istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunda bir aya yaxındır, "Azərsu” ASC tərəfindən aparılan təmir işlərilə əlaqədar həmin yolda dəhşətli tıxacın yaranması ilə bağlı əhali və sürücülərin narazılığına səbəb olan hadisəyə nə zaman son qoyulacağına aydınlıq gətirərkən "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıloğlu deyib:

 

 

"Azərsu” ASC Bakıdan Sumqayıta gedən yolun kənarı ilə 1200 mm-lik diametrə malik polad borularla təzyiqli kanalizasiya kallektri tikir. Bu tikinti yolun hərəkət hissəsində, yəni yolun bir kənarında aparılır. Artıq demək olar ki, işlər yekunlaşmaq üzrədir. Bu həftə Bakı-Sumqayıt yolu üzərində işimizi tam başa çatdıracağıq. Özü də həmin yolda işimizi şənbə-bazar günləri, yəni istirahət günləri gecə saatlarında aparırıq ki, yol tam bağlanmasın. Yəni, maksimum çalışırdıq ki, nəqliyyatın hərəkətinə az maneə yaradılsın. Doğrudur, iş prosesində yaranan tıxacla bağlı müəyyən narahatlıqlar oldu. Amma bu həftə, uzağı gələn həftəyə Bakı-Sumqayıt yolunda işimizi başa vuraraq oradan tam olaraq çıxacağıq”.

 

 

Mətbuat xidmətinin rəhbəri bildirdi ki, Bakı-Sumqayıt yolunda iş başa çatandan sonra proses Masazır istiqamətində davam etdiriləcək: "Ondan sonra işimizi Masazır körpüsündən aşağı istiqamətə yönəldəcəyik. Hansı ki onun da Bakı-Sumqayıt yoluna heç bir aydiyyatı yoxdur. Aparılan işlə bağlı xəttin ümumi uzunluğu 4,5 km-dir ki, onun da 60 faizini başa çatdırmışıq”.

 



Xəbəri paylaş

478 dəfə oxunub.

Digər xəbərlər