Saytımızı qiymətləndirin


 
 

İcra başçısı: "Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması ilə bağlı təkliflər hazırlanır"
Tarix: 09-03-2019 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

"Bakıda görkəmli ziyalılarmıza heykəl qoyulması ilə bağlı dövlət başçısının tapşırığı var".

"Report"un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər, memarlar bununla bağlı təkliflər hazırlayır: "Bir sözlə, proses başlayıb. Bunlardan biri də Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasıdır. Hazırda memarlar təkliflərini hazırlayır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".



Xəbəri paylaş

541 dəfə oxunub.

Digər xəbərlər