Saytımızı qiymətləndirin


 
 

Novruz bayramı ilə əlaqədar təşkil ediləcək yarmarkaların ünvanları açıqlanıb  - SİYAHI
Tarix: 01-03-2019 | Saat: 11:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

yarmarka novruz ile ilgili görsel sonucu

Novruz bayramı ilə əlaqədar mart ayının 2-dən etibarən Bakıda yarmarkalar fəaliyyətə başlayacaq.

Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu yarmarkalarda respublikanın müxtəlif bölgələrindən gələn fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılıb. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qururmlar tərəfindən nəzarət ediləcək.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə, ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılıb və burada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunub.

Yarmarkalar martın 25-nə kimi davam edəcək.

Rayonlar Yarmarkaların ünvanları Qeyd
1. Binəqədi 7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi  
2. Qaradağ Lökbatan qəsəbəsi, 28 May küçəsi  
3. Xətai Məzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi)  
4. Xəzər Mərdəkan qəsəbəsi S. Yesenin küçəsi - 106 ( köhnə avtovağzal ərazisi )  
5. Pirallahı Pirallahı qəsəbəsi, K. Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki qeyri-yaşayış obyekti  
6. Nərimanov Gənclik metrosunun çıxışı, Fətali Xan Xoyski prospekti 79 saylı binanın qarşısı  
7. Nəsimi Mərdanov qardaşları küçəsi 59  
8. Nizami Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz)  
9. Sabunçu Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı  
10. Səbail Nizami küçəsi (Land Mark-ın yaxınlığında)  
11. Suraxını Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, “Günəş” ticarət mərkəzi  
12. Yasamal H.Cavid prospekti (H.Cavid parkının ərazisində )


Xəbəri paylaş

617 dəfə oxunub.

Digər xəbərlər
19-08-2021, 13:24 Sabah hava küləkli olacaq


Bu gün, 14:45Tofiq Hüseynov - 70