Saytımızı qiymətləndirin


 
 

Qazaxda işıqforun qırmızı işığında hərəkət edən sürücü qəza törədib - FOTO
Tarix: 28-02-2019 | Saat: 10:09
Bölmə:Karusel / Region | çapa göndər

 

 

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Qarabaginfo" "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, işıqforun qırmızı işığının tələblərinə məhəl qoymayan sürücü idarə etdiyi avtomobillə hərəkətə davam edib və bu zaman "VAZ" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə qəza baş verib. 

Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

531 dəfə oxunub.

Digər xəbərlər