Saytımızı qiymətləndirin


 
 

Cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB
Tarix: 05-02-2019 | Saat: 18:40
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

 

 
Zəlzələ Yardımlı, Lerik və Masallı rayonlarında hiss olunub

Bu gün Lerik rayonunda zəlzələ baş verib. 

Qarabaginfo xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report.az"a verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala yaxın, ətraf rayonlarda 3 bala qədər hiss olunub.


***17:48

Bu gün günorta saatlarında Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

"Report"un Cənub bürosu xəbər verir ki, yeraltı təkan Yardımlı, Lerik və Masallı rayonlarında hiss olunub.

Yerli mütəxəssislərin verdiyi məlumata görə, zəlzələ, əsasən, Yardımlı rayonunda, təqribən, 3 bal gücündə qeydə alınıb və yerli sakinlər tərəfindən hiss olunub. 

Zəlzələ nəticəsində Dağıntılar və hər hansı ziyan qeydə alınmayıb.



Xəbəri paylaş

519 dəfə oxunub.

Digər xəbərlər