Saytımızı qiymətləndirin


 
 

“Bu cür bəyanatlar ermənilərə baha başa gələ bilər” – Ayaz Mütəllibov
Tarix: 24-12-2021 | Saat: 10:57
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Bu cür bəyanatlar ermənilərə baha başa gələ bilər” – Ayaz Mütəllibov

Azərbaycanın eks-Prezidenti Ayaz Mütəllibovun “Yeni Sabah”a müsahibəsi:

- Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə “Artsax”ı dünyaya tanıdacaqlarını qeyd edib. Məğlubiyyətdən sonra da ermənilərin belə bəyanatlar səsləndirməsinə səbəb nədir? 

- İstər Paşinyan, istərsə də ermənilərin digər rəsmilərinin bu cür bəyanatları, sırf daxili auditoriyaya hesablanmış çıxışlardır. Bu, öz siyasi opponentlərinin təzyiqinin qarşının alınmasına yönəlmiş sərsəm bəyanatlardır. 

Bildiyimiz kimi, Ermənistanda siyasi vəziyyət olduqca gərgindir. Reallıq isə tam başqadır. Hazırda diktə edən tərəf bizik. İndiki vaxtda, Ermənistan öz daxili problemlerini zorla həll etdiyi bir vaxtda bu cür bəyanatların verilməsi onlara baha başa gələ bilər, necə ki, İkinci Qarabağ savaşında bu baş verdi.

 -   Rusiyanına ardınca Brüssel görüşündən sonra Qərbin də münaqişənin həlli prosesində fəallığı artırdığı müşahidə olunur. Sizcə, bu prosesdə Rusiyanın, yoxsa Qərbin iştirakı Azərbaycanın maraqlarına cavab verir?

- Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində tarixi qələbəsindən sonra nəinki regionda, mən deyərdim bütün dünyada Azərbaycana münasibət tam fərqli bir şəkil alıb. Bu qələbə bizə imkan verir ki, müxtəlif mərkəzlərin bölgədə artan fəallığını öz maraqlarımıza uyğun tənzimləyək.

- Zəngəzur dəhlizinin açılması, kommunkasiyaların bərpası Azərbaycana nə vəd edir?

- Zəngəzur dəhlizinin açılması, əlbəttə ki, Azərbaycana xeyir əldə etdirəcək. İlk öncə, 30 ildən artıq blokada şəraitində olan Naxçıvanla birbaşa, ən qısa marşrut açılacaq. Üstəgəl bu kommunikasiyaların açılması, tranzit bir ölkə kimi Azərbaycanın Avropa və Asiya iqtisadi mərkəzlərin maraq dairəsinə daxil olmasına səbəb olacaq.

- Qarabağa qayıdışa hazırlıq görülür. Sabiq dövlət başçısı və bir iqtisadçı kimi, necə hesab edirsiniz, Qarabağda iqtisadiyyatın hansı sahəsi dirçəldilməlidir? 

- Qarabağ torpağı olduqca münbit bir torpaq olduğu üçün ilk növbədə, orada kənd təsərrüfatını bərpa etmək, aqrar sahəyə investisiyalar qoyuluşunu sürətləndirmək lazımdır. 

Bundan başqa füsunkar təbiətə, tarixi abidələrlə zəngin olduğuna görə, turizm sektorunu inkişaf etdirmək zəruri sahələrdəndir. Bu istiqamətdə dövlətimiz tərəfindən atılan addımları, görülən işləri təqdir edirəm. Az bir zaman ərzində Qarabağda görülən işlər, infraskturun bərpası, beynəlxalq aeroportların tikilməsi dünya praktikasında nadir təsadüf olunan proseslərdir. Zamanla bunun bəhrəsini görəcəyik.




1493 dəfə oxunub.

Digər xəbərlər