Mirşahın Ağayev DANIŞDI: “Yanlışlıq var, Baş Prokurorluğa məlumat vermişik”
Tarix: 09-01-2017 | Saat: 12:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

“ANS-lə bağlı yayılan informasiyalarda yanlışlıq var. Bu barədə Baş Prokurorluğa məlumat vermişik”.
Bunu Modern.az-a açıqlamasında fəaliyyəti dayandırılan ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı məsələdən danışarkən deyib.
O bildirib ki, bu barədə başqa nəsə deyə bilməz.
“Yaxşı olar ki, Baş Prokurorluqla əlaqə saxlayın. Bu barədə məlumatı onlardan öyrənin. Başqa heç nə deyə bilmərəm”
Qeyd edək ki, fəaliyyəti dayandırılan ANS televiziyasının əməkdaşı Qənirə Ataşova xaricə gedərkən hava limanından geri qaytarılıb.
Vəkil Elçin Sadıqovun yaydığı məlumata görə, ANS TV-də çalışan jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.
Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub.
Xatırladaq ki, Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib.
Eyni zamanda Baş Prokrorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.
Baş Prokurorluq bu məsələ ilə bağlı bu gün məlumat yayacağını bəyan edib.
914 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-01-2021, 21:31
Azərbaycan hərbiçisi Kəlbəcərdə vəfat etdi
2-12-2022, 13:19
Kreml sosioloji sorğular keçirilməsindən imtina edib, çünki lazımi nəticələr əldə edilmir...
1-06-2026, 16:36
Azərbaycan-Misir enerji əməkdaşlığının inkişafı müzakirə edilib
23-03-2022, 00:03
Putinin “Z” əməliyyatı: Ukraynadakı müharibəyə kim komandanlıq edir?
11-09-2024, 20:57
Zelenski: Ukraynanın qələbəsi ilə bağlı plan II Sülh Sammitində təqdim olunmalıdır
30-01-2026, 17:07
Maduronu qaçıran təyyarə havaya qalxdı, Pezeşkianla bağlı xəbər yayıldı – Nələr baş verir?
13-02-2023, 14:20
Özümüzə tuşlanan “Kalaşnikov“lar: Əhalidə bu qədər silah haradandır?
7-03-2022, 23:09
Rusiya nümayəndə heyəti Belarusu tərk edib
15-12-2020, 19:43
Hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edilib - SİYAHI
10-07-2023, 11:41
Penitensiar xidmətə yeni rəis təyin edilib - SƏRƏNCAM