Saytımızı qiymətləndirin


 
 

Energetika naziri: “Bu ilin sonuna Azərbaycanda neft hasilatı cüzi artacaq”
Tarix: 03-10-2018 | Saat: 11:49
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 Bu ilin sonuna Azərbaycanda neft hasilatının hazırki göstəricidən bir qədər artıq olacağı gözlənilir.

"Qarabaginfo" “Report.az”a istinadən xəbər  xəbər verir ki, bu barədə energetika naziri Pərviz ŞahbazovMoskvada jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sentyabr ayında Azərbaycanda neft hasilatının həcmi avqust ayı ilə təxminən eyni səviyyədə qalaraq 773 min barel/gün təşkil edib.

Qeyd edək ki, Azərbaycanda avqust ayı ərzində gündəlik neft hasilatı 774 min barel olub. Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında 792 min barrel, iyul ayında isə 773 min barel təşkil edib.



Xəbəri paylaş

539 dəfə oxunub.

Digər xəbərlər