Saytımızı qiymətləndirin


 
 

Əfqanıstan səfirliyinin saytı Kabildən bloklanıb, səfir isə Bakıdadır
Tarix: 01-09-2021 | Saat: 11:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Bakıdadır və fəaliyyətinə davam edir”. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, diplomat hər gün iş saatları ərzində səfirlikdə olur.

 

Səfirliyin məlumatında o da vurğulanıb ki, Əfqanıstanda inklüziv hökumətin qurulması istiqamətində işlər hələ davam edir. Azərbaycandakı səfirliyin fəaliyyətində isə xüsusi, fövqəladə və ya əlahiddə dəyişiklik yoxdur.

 

Bundan əlavə, Əfqanıstan səfirliyi rəsmi saytının bağlanma səbəbinə də aydınlıq gətirib:

 

“Əfqanıstanda məlum hadisələr başlamadan öncə səfirliklərin mərkəzlədirilmiş şəkildə hazırlanması qərarı verilmişdi. Həmçinin səfirliyin saytı Kabildən, Əfqanıstan Xarici İşlər Nazirliyindən idarə olunur. Oradakı vəziyyətin qarışıq olduğu hər kəsə məlumdur”.

 

Qeyd edək ki, avqustun 15-də Taliban hərəkatının üzvləri Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etməyə məcbur olub. Taliban hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib.



Xəbəri paylaş

287 dəfə oxunub.

Digər xəbərlər
25-03-2021, 09:57 Neft ucuzlaşıb