Sentyabrın 1-də Xankəndində təxribat planlaşdırılır - Rəsmi Bakı sərvaxt olmalıdır...
Tarix: 27-08-2021 | Saat: 08:05
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1611 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-08-2021 | Saat: 08:05
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Separatçı rejim növbəti təxribata hazırlaşır. Hələ Ermənistanda seçkilər bitəndə Paşinyan hakimiyyətinə müxalif olan qüvvələr iqtidarı qınağa doldurmaq məqsədilə ölkə rəhbərliyini Xankəndinə səfər etməyə təhrik edir, hətta “Ayastan “ blokunun üzvləri Paşinyandan tələb edirdilər ki, gedib yenə ”Qarabağ Ermənistandır” şüarını səsləndirsin. Əlbəttə, Koçaryanın tərəfdarları bu təhriki o məqsədlə edirdilər ki, nüfuzu Qarabağda aşağı olan Paşinyan kütlə tərəfindən qovulsun, daşa basılsın və “Nikol xain” şüarlarını səsləndirsinlər.
Paşinyanın belə bir səfərə hazırlaşmadığına əmin olandan sonra separatçı rejimin liderləri İrəvana gedib və başqa rəsmi şəxsləri sentyabrın 1-də Xankəndinə gəlməyi xahiş ediblər. Separatçı rejimin qondarma parlamentinin başçısı Artur Tovmasyan İrəvanda Ermənistan parlamenti fraksiyalarının başçıları Ayk Koncoryan, Seyran Ohanyan və Artur Vanetsyanla görüşüb və sentyabrın 1-də “Artsaxın müstəqilliyinin 30 illiyinə” həsr olunan növbədənkənar iclasa, eyni zamanda sentyabrın 2-də yubiley tədbirində iştiraka dəvət edib.
Azərbaycan tərəf hələ ilin əvvəlində Ermənistan rəsmilərinin Qarabağa səfərlərinin qəbuledilməz olduğunu və Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının bu səfərlərə mane olmasını bildirsə də, təəssüf ki, bu məsələ öz həllini tapa bilmədi və seyrək olsa da düşmən dövlətin rəsmiləri Qarabağa səfərlərini davam etdirirlər. İndiki halda Azərbaycan tərəf qarşı tərəfə və sülhməramlılara xəbərdarlıq etməli, Ermənistan rəsmilərinin gəlişinə etiraz bildirməli, Müdafiə Nazirliyi isə sərt bəyanatla çıxış edib, Azərbaycan dövlət sərhədini icazəsiz keçən rəsmi şəxslərin təhlükəsizliyinə zəmanət vermədiklərini bildirməlidir.
Qafan-Gorus yolunun tərəfimizdən bağlanmasından sonra belə bir sərt mövqe düşməni təxribatçı əməllərdən çəkinməyə məcbur etməlidir.
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
22-12-2025, 17:28
Ryabkov: Rusiya Aİ və NATO-ya hücum etməməyə hazır olduğunu hüquqi şəkildə təsdiqləyə bilər
15-04-2022, 23:01
Kiyevdə 900-dən çox cəsəd tapıldı
14-07-2022, 13:48
Abituriyenlər informatikadan imtahan verəcək - Amma test bazası yoxdur
30-04-2021, 17:49
II-XI siniflər üçün yekun milli qiymətləndirilmə keçiriləcək
7-06-2022, 17:33
DƏHŞƏT: Azərbaycanda 14 yaşlı qızı nişanlısı zorladı
27-04-2025, 21:49
Pezeşkian: Azərbaycan və İran bir-birinə kömək edib, sağlam münasibətlər qurmalıdır
15-04-2020, 13:52
Masallıda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM - SƏRƏNCAM
27-05-2022, 19:01
Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib
10-01-2022, 11:53
Agentlik sədri kollektivə təqdim edildi
19-03-2025, 20:02
Rus ordusu Putinin əmri ilə öz PUA-larını vurub

















