Saytımızı qiymətləndirin


 
 

Paşinyan nədən qorxur? – “Blokadanı qırmaq üçün ciddi fürsətdir”
Tarix: 25-08-2021 | Saat: 08:26
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan nədən qorxur? – “Blokadanı qırmaq üçün ciddi fürsətdir”

“Regionda kommunikasiyaların açılması Ermənistanın xarici siyasət prioritetlərindən olmalıdır”. 

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə hökumətin 2021-2026-cı illər üzrə fəaliyyət proqramını təqdim edərkən deyib.

Onu da qeyd edib ki, bu proses Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyi və həyati maraqları hesabına başa gəlməməlidir.

“Bu, Ermənistan Respublikasının 30 ilə yaxın davam edən blokadasını qırmaq üçün ciddi fürsətdir. Bu, sadə proses deyil, Azərbaycan tərəfin hansısa dəhlizlər haqda provokasion bəyanatları ilə daha da dərinləşir”, – deyən Paşinyan bir daha qeyd edib ki, 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlarda Ermənistan ərazisindən dəhliz çəkilməsinə dair heç bir ifadə, istinad, formula yoxdur.

Ötən il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağda əməliyyatların dayandırılması haqda atəşkəs bəyanatı, bu il yanvarın 11-də isə regionda kommunikasiyaların açılmasını nəzərdə tutan bəyanat imzalayıblar.

“Söhbət başqa məsələdən gedir: Ermənistan Azərbaycan ərazisindən Rusiya və İranla nəqliyyat əlaqəsi əldə etməlidir. Azərbaycan isə Ermənistan ərazisindən özünün qərb regionları, eləcə də Naxçıvanla nəqliyyat əlaqəsi əldə etməlidir”, – Baş nazir deyib.

Paşinyan kommunikasiyaların açılmasının Ermənistanın maraqlarına müəyyən risklər yaratdığını da inkar etməyib.

“Buna görə də hökumətin proqramında qeyd etmişik ki, kommunikasiyaların açılması Ermənistanın xarici siyasət prioritetlərindən olmalıdır. Eyni zamanda bu proses Ermənistanın və Artsaxın (Qarabağın) təhlükəsizliyinə və həyati maraqları hesabına baş verməməlidir”.

Baş nazir qeyd edib ki, regionda sülh və sabitlik onların uzunmüddətli strategiyasıdır, qonşu ölkələrlə münasibətlərin dərinləşməsi və normallaşması isə xarici siyasətin əsas istiqamətlərindən olacaq.(Yeni Sabah)



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər