Saytımızı qiymətləndirin


 
 

Gürcü politoloq: “31 mart soyqırımını törədənlərin cəzalandırılmaması Xocalı və Abxaziyada qətliamlara gətirib çıxarıb”
Tarix: 30-03-2018 | Saat: 13:19
Bölmə:Karusel / Dünya / Cəmiyyət | çapa göndər

 


 

gurcu politoloq 31 mart soyqirimini toredenlerin cezalandirilmamasi xocali ve abxaziyada qetliamlara getirib cixarib

“1918-ci il 31 mart soyqırımını törədənlərin cəzalandırılmaması Xocalı və Abxaziyada qətliamlara gətirib çıxarıb”.

 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, bunu Suxumi Dövlət Universitetinin professoru, gürcü politoloq Quram Marxuliya Azərbaycanın Gürcüstandakı səfirliyində 31 mart – Azərbaycanlıların soyqırımı gününün 100-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
 

Ekspert bildirib ki, 1918-ci il soyqırımında ermənilər azərbaycanlı qonşularını qocaya, uşağa baxmadan gecə ikən qətlə yetiriblər: “Soyqırımını törədənlərin cəzasızlığı sonra Xocalı və Abxaziyadakı qətliamlara gətirib çıxardı. Soyqırımı ilə bağlı həqiqətlər üzə çıxarılmalıdır. Bu istiqamətdə Azərbaycan və Gürcüstanın tarixçiləri və cəmiyyətin bütün üzvləri fəal olmalıdırlar”.
 

Q. Marxuliya bildirib ki, əgər Gürcüstana qarşı müharibə başlasa, ermənilər dövlətin tərəfində olmayacaq: “Ermənilər istənilən vaxt Gürcüstana xəyanət etməyə hazırdırlar. İndi ermənilər Tbilisinin mərkəzində gürcü kilsəsinin onlara məxsus olduğunu iddia edirlər. Həmin kilsənin ermənilərə heç bir aidiyyatı yoxdur”



Xəbəri paylaş

633 dəfə oxunub.

Digər xəbərlər