AVRO-2020: Avstriya Şimali Makedoniyaya qalib gəldi
Tarix: 13-06-2021 | Saat: 21:59
Bölmə:Karusel / İdman | çapa göndər
1431 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-06-2021 | Saat: 21:59
Bölmə:Karusel / İdman | çapa göndər

Futbol üzrə Avropa çempionatında C qrupunun ilk oyunu keçirilib.
Qarabaginfo.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdəki Milli Arenada Avstriya və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.
Hesabı 18-ci dəqiqədə Ştefan Layner açıb. Bundan 10 dəqiqədə sonra Qoran Pandev Şimali Makedoniya millisinin mötəbər yarışda ilk qolunu vurub. Lakin 78-ci dəqiqədə Mixael Qreqoriç, 89-cu dəqiqədə isə Marko Arnautoviç fərqlənərək, Avstriya yığmasının 3:1 hesablı qələbəsini təmin edib.
Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu bu gün Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da keçiriləcək. Görüşü almaniyalı referi Feliks Brıx idarə edəcək. (Report)
Xəbəri paylaş
Digər xəbərlər
8-04-2024, 10:51
Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Ət, süd, yağ...
2-01-2022, 14:49
“Bu görüşdə ictimayyətə qapalı şəkildə iki lider üz-üzə gəldi və bu o deməkdir ki...” - Gizli detallar açıldı
31-08-2021, 17:04
Azərbaycanda üç rayona yeni polis rəisi təyin edilib
25-07-2023, 10:05
Pirşağıda bir nəfər dənizdə batıb
20-01-2022, 19:24
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edib
30-10-2026, 15:38
Rubinyan: Mirzoyanın yeni Konstitusiyanın referendumda rədd ediləcəyi təqdirdə, hökumətin istefası təklifi razılaşdırılmayıb
16-07-2020, 18:18
General Polad Həşimovun yerinə o TƏYİN EDİLDİ
















