Saytımızı qiymətləndirin


 
 

Ən yüksək bal toplayan şagird Modern.az-a danışdı – FOTO
Tarix: 26-05-2021 | Saat: 19:00
Bölmə:Karusel / Təhsil | çapa göndər

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 29-30-da keçirilən buraxılış imtahanında bir nəfər maksimal olan 300 balı toplayıb.

Qarabaginfo.az xəbər verir ki, ən yüksək nəticəni göstərən şagird Şəmkir rayonundakı Düyərli kənd 2 saylı orta məktəbin məzunu Kazımov Ayxan Seymur oğludur.

O, əməkdaşımızla söhbətində birinci ixtisas qrupuna hazırlaşdığını və Bakı Ali Neft Məktəbinə daxil olmağı arzuladığını söyləyib.

 

Maksimum nəticə göstərən şagirdin anası Şəfa Kazımova da müəllimədir. O bildirib ki, bu, Ayxanın ilk uğuru deyil:


“Bundan öncə Fizika və Riyaziyyat olimpiadalarında yüksək nəticələr göstərib. “İlin gənc lideri” seçilib. Oğlumun təhsildə uğurları böyük olub. Bununla yanaşı, musiqi, rəsmlə də məşğul olur, yaxşı gitara ifa edir. Ən böyük arzusu Bakı Ali Neft Məktəbinin tələbəsi olmaqdır”. (Modern.az)



Xəbəri paylaş

1337 dəfə oxunub.

Digər xəbərlər