Saytımızı qiymətləndirin


 
 

Hesablama Palatası: Uçot dərəcəsinin azalması kredit qoyuluşunu artırmayıb
Tarix: 25-05-2021 | Saat: 09:41
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Hesablama Palatası: Uçot dərəcəsinin azalması kredit qoyuluşunu artırmayıb

Ötən il Azərbaycanda pandemiya ilə mübarizə tədbirlərinin reallaşdırılması bank sektoru üzrə əsas göstəricilərə əhəmiyyətli təsir edib, iqtisadi aktivliyin təşviq edilməsi məqsədilə il ərzində bir neçə dəfə uçot dərəcələri üzrə faiz endirimi qərarları reallaşsa da, kreditlər üzrə müsbət meyillər müşahidə edilməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“İl ərzində faiz dəhlizinin parametrləri bir neçə dəfə müzakirə edilərək, uçot dərəcəsi mərhələlərlə 7,5%-dən 6,25%-ə qədər endirilib, qəbul edilən qərarlar iqtisadi aktivliyin dəstəklənməsi məqsədi daşıyıb, lakin kreditlərin həcmində illik müqayisədə azalma davam edib.

Kreditlər və depozitlər üzrə artım trayektoriyasının aşağıya doğru istiqamətlənməsində azalan tələb amili ilə yanaşı, ilin əvvəlində bəzi bankların lisenziyasının ləğv edilməsi də mühüm rol oynayıb. İl ərzində təqdim olunmuş kreditlərin məbləği 767,8 milyon manat və yaxud 5% azalıb. Həmçinin, depozitlər 2019-cu illə müqayisədə 1 079,2 nilyon. manat və yaxud 4,4% azalıb, ilin sonuna 23 666,9 milyon manata bərabər olub",- rəydə deyilir.



Xəbəri paylaş

1288 dəfə oxunub.

Digər xəbərlər