"Ona dedim ki, olar sizi öpüm, o da baxdı, baxdı düşündü, gözləmədim olar, olmaz onu öpdüm"
Tarix: 25-05-2021 | Saat: 07:22
Bölmə:Karusel / Müsahibə / Mədəniyyət / Qarabağ | çapa göndər
1444 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-05-2021 | Saat: 07:22
Bölmə:Karusel / Müsahibə / Mədəniyyət / Qarabağ | çapa göndər

"Anar Ələkbərov kimi qabiliyyətli insanlara, oğullara bu cür postları, vəzifələri tapşırmaq lazımdır..."
“27 il Şuşa həsrətində yaşayan bir insanın təəssüratı necə ola bilər? Göz yaşları, sevinc, kədər, qürur, baba yurdumun axtarışı. Konsert zalında sərkərdəmiz, prezident İlham Əliyev ayağa qalxıb, dəmir yumruğunu göstərib deyəndə ki, “Qarabağ Azərbaycandır” hamımız özümüzü əsgər hesab etdik. Bir qışqırırdıq, bir qışqırırdıq, onun səsinə, səs verirdik”
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Flora Kərimova bildirib. Sənətkar daha sonra əlavə edib.

“Mənfur düşmən Şuşanı biçib, mənim babamın evini zəbt ediblər, o evi, həyəti dörd yerə bölüblər. Bilirsiz, sevinirdim ki, mənim günüm çatdı, bu yaşımda vətənimi gördüm. Amma onların varvarlığını görəndə çox məyuslanırdım. Prezidentin “Şuşanı mədəniyyət paytaxtı edəcəyik” cümləsini yadıma salanda rahatlanırdım. Ermənilər hər yeri, hər şeyi dağıtmışdılar. Bülbülün evini ziyarət etdim, sevindirici haldır ki, artıq orada bərpa işlərinə başlanılıb. Günorta saat 4-ə kimi Şuşanın günəşi bizi yandırırdı, 4-dən sonra isə Şuşa mən tanıdığım Şuşa idi, sərin. Axşam isə yorğan altında yatırdıq. Şuşaya qızım Yaqutla getmişdim, ömrü boyu mənim qayğımı o çəkib, elə orda da onunla bir otağı bölüşdüm. Cavanlıqda da bir şey bacarmırdım, indi də. Bu illər ərzində yanımda Yaqut olmasaydı Aşqabad batan kimi batardım (gülür). Sizin vasitənizlə Heydər Əliyev fonduna, xüsusilə Anar Ələkbərova, Mədəniyyət Nazirliyinə və əməkdaşlarına xüsusi təşəkkürlərimi bildirirəm. Bir yandan bayram, bir yandan da sənətkara bu qədər sayğı göstərən insanları görəndə uşaq kimi sevinirdim. Mən də yaşlıyam deyə özümü naza qoymuşdum (gülür). Belə bir söz var, insanlıq, qabiliyyət Allahdan gəlir. Bu ya var, ya da yox! Qaldığım otelin qabağına maşın gəlib məni gəzdirirdi, yeməyimi otağıma gətirirdilər. Mən Anar Ələkbərovla da orada tanış oldum, adını eşitmişdim, amma üzünü görməmişdim. Üzü nurlu, cavan bir insandır. Dedim ki, olar sizi öpüm? O da baxdı, baxdı düşündü. Gözləmədim olar, olmaz onu öpdüm. Ondan icazə istədim Şuşanı gəzməyə. Anar Ələkbərov kimi qabiliyyətli insanlara, oğullara bu cür postları, vəzifələri tapşırmaq lazımdır. O qədər mənə qayğı göstərirdi ki. Tək mənə yox, hər bir insana qayğı var idi. İnsanlarla görüşdüm, əsgərlərimizlə qucaqlaşdım. Bu tədbirdə böyük səmimiyyət müşahidə etdim, bu da təbii ki, rəhbərdən gəlir. Nə yalan deyim, Bakıya gələndən Şuşanın havasına doymadığımı, suyuna susadığımı bir daha anladım” deyə xalq artisti bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
14-08-2022, 12:57
Bakı-Quba yolunda minik və yük maşını toqquşub, ata ölüb, ana və övladı xəsarət alıb
5-03-2022, 14:41
“Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir” - NAZİR
28-01-2022, 14:23
Baş prokuror İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşdü
30-09-2025, 10:32
İstanbul boğazı hər iki istiqamətdə bağlandı
13-07-2021, 15:18
Poliklinikanın baş həkimi Xəzər TV-nin xanım əməkdaşına hücum etdi - Bakıda ŞOK OLAY
1-04-2021, 11:52
Ermənilər Xocalının bu kəndində cəsəd axtarışına ÇIXACAQ
11-01-2026, 22:02
Britaniya Ukrayna üçün yeni ballistik raket hazırlamaq niyyətindədir
28-01-2022, 12:56
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub
1-04-2022, 18:58
“Vətən müharibəsi iştirakçısı” medalı alanların reyestrinin aparılması qaydası təsdiqlənib

















