Saytımızı qiymətləndirin


 
 

Hulusi Akar: “Yanvar ayından indiyədək 1107 terrorçu məhv edilib”
Tarix: 23-05-2021 | Saat: 14:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

#

 

Yanvar ayından indiyədək 1107 terrorçu, 23 apreldən başlatdığımız “Pəncə Şimşək” və “Pəncə İldırım” əməliyyatlarında isə 124 terrorşu məhv edilib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar Türk Silahlı Qüvvətlərinin İstanbulda inşa edilən “Anadolu çoxməqsədli Amfibiya hücum gəmisi”nin analizləri ilə maraqlanarkən deyib.

Nazir bildirib ki, Türkiyənin sərhədyanı ərazilərində terrorçulara qarşı qətiyyətli mübarizəsi uğurla davam etməkdədir:

“Bu mübarizələrdə bizim hədəfimiz yalnız və yalnız terrorçulardır, bildirilər ki, guya Türkiyə ordusu bəzi etnik qruplara qarşı davranır, bu tamamilə yalandır, böhtandır. Bəzi qüvvələr isə PKK ilə YPG-nin fərqli olduğunu bildirir və bununla da özlərinə görə bizə istehza edirlər. Ağıllarını başlarına yığsınlar. Bunların hər ikisi terror təşkilatıdır. Bu qədər aşkar olan bir məsələnin yenidən müzakirə edilməsinə ehtiyac yoxdur, bizim terrorçularla bağlı qərarımız məlumdur, bunu da hər kəs bilməlidir”.



Xəbəri paylaş

1298 dəfə oxunub.

Digər xəbərlər