Saytımızı qiymətləndirin


 
 

“100 min dozadan çox “Sputnik V” peyvəndi Azərbaycana göndəriləcək” - Matviyenko
Tarix: 16-04-2021 | Saat: 14:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın Sankt-Peterburq şəhərində Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında görüş keçirilib.

 

Qarabaginfo.az xəbər verir ki, görüş MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyası çərçivəsində baş tutub. 

 

V.Matviyenko bildirib ki, yaxın vaxtlarda COVID-19 əleyhinə 100 min dozadan çox “Sputnik V” peyvəndi Bakıya göndəriləcək. 

 

O, koronavirusa qarşı Rusiya peyvəndinin Azərbaycanda istehsalı məsələsinə baxıldığını da qeyd edib. 

 

“Bilirəm ki, aprel-may aylarında 100 min dozadan çox “Sputnik V” peyvəndinin göndərilməsi ilə bağlı razılıq əldə olunub. Yaxşı anlayırıq ki, pandemiyanı saxlamağın real yolu kütləvi vaksinasiyadır. Təkcə vaksin göndərməyə hazır deyilik, həm də bildiyim qədər Azərbaycanda vaksinin istehsalı məsələsinə də baxılır”, - deyə V. Matviyenko vurğulayıb



Xəbəri paylaş

1319 dəfə oxunub.

Digər xəbərlər