Saytımızı qiymətləndirin


 
 

Cəlal Arutyunyan Hadruta görə dindirildi
Tarix: 16-04-2021 | Saat: 12:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Cəlal Arutyunyan Hadruta görə dindirildi

Qarabağ separatçıları “müdafiə ordusunun” sabiq rəhbəri, general-leytenant Cəlal Arutyunyan dindirilib.

Qarabaginfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, separatçıların qanunsuz hərbi birləşmələrinə rəhbərlik etmiş Arutyunyan İstintaq Komitəsində aparılan cinayət işi üzrə şahid qismində dindirilib.

Söhbət Cəlal Arutyunyanın əmri ilə Hadruta göndərilmiş 72 hərbçi ilə bağlı açılmış cinayət işindən gedir. Nəticədə həmin hərbçilər ya ölüb, ya da itkin düşüb. Bu iş çərçivəsində bölmə komandiri general-mayor Karen Arustamyana ittiham elan olunub.

Məlumata görə, 11 oktyabrda müharibə zamanı Cəlal Arutyunyanın əmri ilə Hadrut-Cəbrayıl istiqamətində hücumu dəf etmək üçün 72 nəfərlik batalyon göndərilib. İttihama əsasən, Arustamyan 72 hərbçi ilə görüşməli və onları öz komandanlığı altına almalı idi. Lakin Arustamyan bu ərazinin artıq Azərbaycan tərəfindən azad edildiyini bilərək hərbçiləri Hadruta göndərib.



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər