Tofiq Zülfüqarovdan Ceyhun Bayramov haqqında xoş sözlər: "Doğma nazirliyim yenidən canlanıb"
Tarix: 13-04-2021 | Saat: 14:51
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
"Mətbuat açıqlamalarında yazıldığı kimi, geniş mövzular ətrafında təfərrüatlı söhbətimiz oldu. Sadə dildə desək, müharibə ilə əlaqəli çətin dövrlərə baxmayaraq, Nazirlikdə kadr siyasətində işlərin qaydaya salınmasında, qərarların hazırlanması və qəbul edilməsində kollegiallıq təcrübəsinin geri qaytarılması üçün bir çox işlərin görüldüyünü eşidərkən sevindim. İctimaiyyət və mətbuatla iş üslubunda yeniliklər nəzərdə tutulur. Nazirliyin nəzdində ictimai şuranın yaradılması planlaşdırılır və qeyd edim ki, bu, mövcud qanunvericiliklə nəzərdə tutulub.
1421 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-04-2021 | Saat: 14:51
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

"Nazir Bayramov o qədər mehriban idi ki, məni görüşə dəvət etdi və çaya qonaq etdi."
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov nazir Ceyhun Bayramovla görüşündən danışarkən deyib:
"Mətbuat açıqlamalarında yazıldığı kimi, geniş mövzular ətrafında təfərrüatlı söhbətimiz oldu. Sadə dildə desək, müharibə ilə əlaqəli çətin dövrlərə baxmayaraq, Nazirlikdə kadr siyasətində işlərin qaydaya salınmasında, qərarların hazırlanması və qəbul edilməsində kollegiallıq təcrübəsinin geri qaytarılması üçün bir çox işlərin görüldüyünü eşidərkən sevindim. İctimaiyyət və mətbuatla iş üslubunda yeniliklər nəzərdə tutulur. Nazirliyin nəzdində ictimai şuranın yaradılması planlaşdırılır və qeyd edim ki, bu, mövcud qanunvericiliklə nəzərdə tutulub.
Nazirin cari gündəmdəki aktual məsələləri müzakirə edəcək qədər açıq olmasına sevindim ...
Pasportumu aldım və ən əsası əmin oldum ki, bilikli, təcrübəli və təşəbbüskar Nazirimiz var və doğma nazirliyim yenidən canlanıb və ölkənin maraqlarına sədaqətlə xidmət edir!"
Qeyd edək ki, o Diplomatik pasportun etibarlılıq müddəti bitdiyini, ancaq qanuna görə, istifadə hüququnu özündə saxlanıldığını bildirib.
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
1-11-2025, 22:40
Daha bir icra hakimiyyətində əməliyyat - Müavin həbs edildi
6-07-2022, 14:09
Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
13-11-2024, 22:01
Zülfüqar Rüfətoğlu Londonda dəfn olunub
27-02-2022, 16:59
Putinin köməkçisi: Ukrayna Qomeldə danışıqlara razılıq verib
17-06-2021, 14:20
Ceyhun Bayramov Türkiyəyə səfərə gedib
14-06-2023, 16:26
İdmançılarımız Polşa səfərinə hazırlaşır
9-12-2024, 08:24
Sosial şəbəkələrdə Əsədin Moskvada çəkilən görüntüsü yayılıb
11-10-2021, 16:56
Azad olunan ərazilərdə daha 30 mina aşkarlandı
12-08-2022, 11:29
Türkiyə-Ermənistan müzakirələrinin detalları...

















