Saytımızı qiymətləndirin


 
 

Bakıda qətl törətmiş keçmiş məhkum polisə silahlı müqavimət göstərərkən öldürülüb
Tarix: 26-01-2018 | Saat: 12:09
Bölmə:Karusel / Kriminal | çapa göndər

 


 

bakida qetl toretmis kecmis mehkum polise silahli muqavimet gostererken oldurulub

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.

 

"Qarabaginfo" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Osman Abdullayevi odlu silahla qətlə yetirdiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 24 yaşlı Həsən Məşədiyevin Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində gizləndiyi yer müəyyən edilib.

 

Onun tutulması məqsədilə əməliyyat tədbiri keçirilərkən H.Məşədiyev polis əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə öldürülüb. 
 

Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Xəbəri paylaş

670 dəfə oxunub.

Digər xəbərlər