Saytımızı qiymətləndirin


 
 

Kreml: Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edəcək
Tarix: 05-04-2021 | Saat: 16:42
Bölmə:Karusel / Region | çapa göndər

Kreml: Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağdakı problemlərin həlli ilə bağlı addımları və inteqrasiya proseslərini müzakirə edəcək.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb.

“Aprelin 7-də Moskvada Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında danışıqlar aparılacaq. Danışıqlar zamanı Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasının gedişatına, eləcə də Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regiondakı mövcud problemlərin həllinə dair gələcək addımlara baxılması planlaşdırılır”, - deyə məlumatda qeyd olunub.



Xəbəri paylaş

1325 dəfə oxunub.

Digər xəbərlər