Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
Tarix: 05-04-2021 | Saat: 09:55
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
1505 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-04-2021 | Saat: 09:55
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri distant təhsilə keçir.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin qərarında bildirilib.
Qeyd edilib ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, bu həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunub.
Xəbəri paylaş
Digər xəbərlər
9-07-2022, 11:33
“Azərbaycan Dəmir Yolları”nda yoxlamalar aparılır
6-05-2022, 19:14
Paşinyan Hərbi-sənaye komitəsinə yeni rəhbər təyin edib
22-12-2021, 11:46
Rusiya, İran və Türkiyə birgə sammitə RAZILAŞDI
6-08-2025, 17:48
Daha bir “Hizbullah” komandiri öldürüldü
18-02-2026, 13:17
Lukaşenkoya qarşı sanksiya tətbiq etdi
5-11-2024, 11:01
Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb
6-10-2022, 15:49
Fransalı deputat erməni diasporunu İFŞA ETDİ

















