Saytımızı qiymətləndirin


 
 

“Qazilərə deyirlər ki, dərmanları özünüz alın. Hansı pulla alsın"?-Aqil Abbas
Tarix: 02-04-2021 | Saat: 11:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

“Tez-tez qazilərin ciddi və haqlı şikayətlərini eşidirik”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Müdafiə Nazirliyinin hospitalının işi ürəkaçan deyil: “Qazilərə deyirlər ki, dərmanları özünüz alın. Hansı pulla alsın? Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bilirlər bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Sual olunur: niyə Müdafiə Nazirliyinin hospitalı qazilərin müalicəsini təşkil etmir? Həkimə getməkdirsə, rayondakı həkim də eyni diaqnozu qoyur. Qazilərin şikayətləri müzəffər qələbəmizə kölgə salır”. 

APA



Xəbəri paylaş

1324 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70