Saytımızı qiymətləndirin


 
 

Polis İdarəsi: Bakıda məcburi köçkünlərin köçürülməsi zamanı polisin vətəndaşı döyməsi barədə məlumat yalandır
Tarix: 22-01-2018 | Saat: 10:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

polis idaresi bakida mecburi kockunlerin kocurulmesi zamani polisin vetendasi doymesi barede melumat yalandir

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda məcburi köçkünlərin köçürülmə vaxtı sakinlərdən birinin polis tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

 

"Qarabaginfo" xəbər verir ki, İdarədən "Apa.az"a verilən xəbərə görə, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yaşayan 1981-ci il təvəllüdlü Qəhrəmanov Şaiq Balakişi oğlu sosial şəbəkələrdə Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Təcili Tibbi Yardım stansiyasının qəzalı vəziyyətdə olan binasından köçürülmə zamanı Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyüldüyünü və bu səbəbdən əməliyyat olunduğunu yazıb.

 

“Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzindən məlumat verilib ki, Şaiq Qəhrəmanov 16 yanvar 2018-ci il tarixdə xəstəxanaya müraciət edib. Müayinədən sonra onun “qarın boşluğunda ağ xətt yırtığı” olduğu müəyyənləşib. Məlum olub ki, yırtığın əmələ gəlmə müddəti 2-3 il əvvələ aiddir. Xəstə müraciət edən zaman onun üzərində və bədən səthində heç bir xəsarət aşkarlanmayıb, döyülməyə xarakterik əlamətlər olmayıb. Şaiq Qəhrəmanovun sosial şəbəkələrdə yaydığı məlumatlar həqiqətə uyğun deyil”, - deyə məlumatda qeyd olunub.   



Xəbəri paylaş

618 dəfə oxunub.

Digər xəbərlər