Saytımızı qiymətləndirin


 
 

İşğaldan azad edilən ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb
Tarix: 03-03-2021 | Saat: 12:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Anasını təhqir edən polis işdən çıxarıldı - RƏSMİ - VİDEO | KONKRET

İşğaldan azad edilən ərazilərə keçmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, martın 3-də gecə saatlarında  Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən şəxslər saxlanılmış və aidiyyatı üzrə  Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudlu, N.Əmirov, C.Məmmədov, Z.Orucov və S.Əsədov olmaları müəyyən edilib.

Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.

 

 



Xəbəri paylaş

1325 dəfə oxunub.

Digər xəbərlər