Saytımızı qiymətləndirin


 
 

Lənkəranda koronavirusdan ölən şəxsə 40 mərasimi keçirənlər cərimələnib 
Tarix: 01-02-2021 | Saat: 13:44
Bölmə:Karusel / Region | çapa göndər

 

 

 

 

Lənkəranda koronavirusdan ölən şəxsə 40 mərasimi keçirənlər cərimələnibNazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qarabaqinfo.az-ın cənub bürosuna verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər sakini S. Qasımovanın karantin rejimi qaydalarını pozaraq COVID-19 infeksiyasından vəfat edən həyat yoldaşına 50 nəfərlik 40 mərasimi təşkil etməsi müəyyən edilib.

Həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dərhal dayandırılıb və məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.



Xəbəri paylaş

1331 dəfə oxunub.

Digər xəbərlər
12-04-2021, 11:42 "Wargonzo" Kırıma gedib