Saytımızı qiymətləndirin


 
 

Zakir Həsənov: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda uzunmüddətli sülh və təhlükəsizliyə töhfəsini verəcək”
Tarix: 30-01-2021 | Saat: 14:22
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

Zakir Həsənov düşmən qüvvələrinin darmadağın edilməsinin davam etdirilməsini tapşırdı

2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusu, Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks hücum həyata keçirib. Ali Baş Komandanın  rəhbərliyində 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi  və ərazi bütövlüyünün bərpası ilə başa çatıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində çıxışında deyib.

Nazir bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş naziri arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış  üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub: “Türkiyə Respublikasının və Rusiya Federasiyasının  hərb siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub. Türkiyə və Rusiya arasında 11 noyabr 2020-ci il tarixində imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edir”.

   Həsənov qeyd edib ki, mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək: “Eyni zamanda əminik ki, Mərkəzdə bizim türkiyəli və rusiyalı həmkarlarımız arasında dost və işçi münasibətləri yaranacaq. Türkiyəli və rusiyalı hərbi qulluqçular Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin açılışı münasibəti ilə təbrik edir, onlara xidməti döyüş fəaliyyətlərində uğurlar arzu edirəm”. APA



Xəbəri paylaş

1324 dəfə oxunub.

Digər xəbərlər