Saytımızı qiymətləndirin


 
 

Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək
Tarix: 20-01-2021 | Saat: 15:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli açılır

COVİD-19 pandemiyası səbəbi ilə Gürcüstan-Azərbaycan sərhədlərinin bağlanmasından sonra Gürcüstanda qalan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək.

Qarabaginfo.az xəbər verir ki Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə təxliyə ediləcək şəxslər yanvarın 21-i günün ikinci yarısında COVİD-19 analizi verəcəklər. Test cavabı neqativ olan şəxslərə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən müvafiq arayış veriləcək və onların yanvarın 22-də Azərbaycana təxliyəsi həyata keçiriləcək.

Təxliyə edilən şəxslərin Azərbaycanda karantinə alınmayacağı bildirilib.

Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayış və iş icazəsi olanlar, həmçinin, ailə üzvləri Azərbaycan vətəndaşı olan şəxslərin olduğu bildirilib.



Xəbəri paylaş

287 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70