Saytımızı qiymətləndirin


 
 

FHN: Ötən sutka 26 yanğına çıxış olub, 4 azyaşlı xilas edilib
Tarix: 26-02-2024 | Saat: 12:38
Bölmə:Karusel / Sosial | çapa göndər

 

FHN: Ötən sutka 26 yanğına çıxış olub, 4 azyaşlı xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qarabaginfo.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4 azyaşlı xilas edilib, yanğın zamanı 6 nəfər təxliyə edilib.



Xəbəri paylaş

139 dəfə oxunub.

Digər xəbərlər