Saytımızı qiymətləndirin


 
 

“Rusiya maddi məsuliyyət daşıyacaq və bu, hər kəsə ibrət dərsi olacaq”- Zelenski
Tarix: 11-01-2024 | Saat: 16:58
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya əməllərinə görə cavab verməli, onun xaricdə dondurulmuş aktivləri Ukraynaya kömək etmək üçün müsadirə edilməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bu gün Estoniya lideri Alar Karislə Tallində keçirdiyi birgə mətbuat konfransında deyib.

“Rusiya təcavüzə görə maddi məsuliyyət daşıyacaq. Bu, həm də hər kəs üçün ibrət dərsi olacaq”, – Zelenski bildirib.

O, Ukraynaya verdiyi dəstəyə görə Estoniyaya təşəkkür edib, xüsusilə bu ölkədə ukraynalı hərbçilərin müalicəsi və reabilitasiyası ilə bağlı yardımı, həmçinin 12 hərbi yardım paketini qeyd edib.



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər