Saytımızı qiymətləndirin


 
 

“Saakaşvilinin bədən çəkisi kritik səviyyədən aşağı düşüb”- Keçmiş prezidentin anası
Tarix: 28-03-2023 | Saat: 16:51
Bölmə:Karusel / Region | çapa göndər

“Saakaşvilinin bədən çəkisi kritik səviyyədən aşağı düşüb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya bildirib.

“Saakaşvilinin çəkisi artıq 58 kiloqramdır. O, zəhərlənib deyə, yemək və lazımi miqdarda kalori qəbul edə bilmir”, – Alasaniya deyib.

Gürcüstan Ombudsman Aparatı Şurasının həkimi Giorgi Qriqolia bildirmişdi ki, çəkisi 55 kiloqrama düşərsə, Saakaşvili ömürlük yataq xəstəsi olacaq.

Saakaşvili özü son açıqlamalarının birində qeyd etmişdi ki, çəkisi 60 kq-dan aşağı düşəcəyi təqdirdə, həkimlər bir neçə orqanının fəaliyyətinin pozulmasını proqnozlaşdırırlar.(Azpost.info)



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər