Avqustun 24-də saat 18 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Qobustan qəsəbə sakini N.Güləliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Osman Xəlilovu vurub.

Qarabaginfo.az xəbər verir ki, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.