Saytımızı qiymətləndirin


 
 

Bakıda polis intiharın qarşısını aldı, özü yaralandı
Tarix: 18-06-2022 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda polis intiharın qarşısını alıb, özü yaralanıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstərib.

Hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutub və digər polis əməkdaşlarının köməyi ilə cəhdin qarşısını alaraq onun həyatını xilas edib.

Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri alan polis əməkdaşı DİN-in hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

 



Xəbəri paylaş

215 dəfə oxunub.

Digər xəbərlər