Saytımızı qiymətləndirin


 
 

Fələstində Mahmud Abbasın hərəkatı qalib gəldi
Tarix: 27-03-2022 | Saat: 14:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fələstin prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi Fəth Hərəkatı İordan çayının qərb sahilində keçirilən yerli seçkilərdə böyük fərqlə qalib gəldiklərini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi “WAFA”nın yaydığı xəbərə görə, Fəth Hərəkatının bəyanatında ortaqları ilə birlikdə İordan çayının qərb sahilində keçirilən yerli seçkilərin ikinci turunda qalib olduqları bildirilib.

Seçkilərdə qazanılan qələbənin milli uğur və Fələstin torpaqları üzərində suverenliyin simvolu olduğu vurğulanıb. Bəyanatda qeyd olunub ki, yerli seçkilərdə qalib gəlmək “müstəqil Fələstin dövlətinin qurulması yolunda mühüm addım”dır.

Qəzza zolağında yerli seçkilərin keçirilməsinə yenə “Həmas” tərəfindən maneə olduğu bildirilib.

Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin üzvü Hüseyn əl-Şeyx də “twitter” hesabından etdiyi paylaşımda qeyd edib ki, qeyri-rəsmi nəticələrə görə, İordan çayının qərb sahilindəki bələdiyyə məclislərinin əksəriyyətində Fəth Hərəkatı qalib gəlib.

Qeyd edək ki, 2007-ci ildən “Həmas”ın nəzarətində olan Qəzzada 11 dekabr 2021-ci ildə yerli seçkilərin birinci turu boykot edilmiş, ikinci tur isə burada keçirilməmişdi. Çünki “Həmas" bələdiyyə, prezident və parlament seçkilərində iştirak etməyi şərt qoymuş, buna görə seçkiləri boykot etmişdi.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər