Saytımızı qiymətləndirin


 
 

“Ukraynada nə baş verəcəyini bilmirik” - Stoltenberq
Tarix: 16-02-2022 | Saat: 21:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Ukraynada nə baş verəcəyini bilmirik”

“Şimali Atlantika Alyansı Ukrayna ətrafında vəziyyətin bundan sonra necə inkişaf edəcəyini bilmir".

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında deyib:

"Ukraynada nə baş verəcəyini bilmirik. Amma bu vəziyyət artıq göstərdi ki, Avropada təhlükəsizlik böhranı var".

Rusiya qoşunlarının ölkənin qərb və cənub sərhədləri yaxınlığında hərəkətindən danışan Stoltenberq qeyd edib ki, NATO-da “Rusiyanın niyyətlərinə inam yoxdur, lakin bu, onilliklərin ən böyük qüvvə cəmləşməsidir və özlüyündə narahatlıq yaradır”.

Stoltenberq Rusiya Müdafiə Nazirliyinin qoşunların daimi dislokasiya yerlərinə qayıtması ilə bağlı bəyanatlarında və videolarında NATO-nun şübhələrinin nəyə əsaslandığı sualına cavab verməyib. Alyansın baş katibi yalnız qeyd edib ki, Rusiya qüvvələrinin sərhəddə cəmləşməsi bir çox kommersiya peykləri tərəfindən qeydə alınıb.



Xəbəri paylaş

1208 dəfə oxunub.

Digər xəbərlər