Saytımızı qiymətləndirin

Region böyük dəyişiklik ərəfəsində - Bakının “B planı”, Putinin tələbi
Tarix: 23-10-2021 | Saat: 10:02
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyanın öz xalqını sülhə hazırlamaq zamanı çatdı; Ermənistan Azərbaycanla ya sülh sazişi imzalayacaq, ya da... imzalayacaq!

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və ya buna bənzər aralıq sənədinin imzalanması artıq zərurətə çevrilib. Srağagün Moskvada Rusiya da daxil, üç ölkə baş nazirləri müavinləri arasında uzun fasilədən sonra baş tutan növbəti görüş bu yöndə ümidləri artırıb.

Görüş ərəfəsində Bakının xoş məram jesti olaraq daha 6 diversantı Ermənistana təhvil verməsi, habelə baş separatçı Araik Arutunyanın ümidsizcəsinə “Azərbaycan özünümüdafiə ordusunun buraxılmasını tələb edir” sözlərini ağzından qaçırması həqiqətən hansısa ciddi anlaşmanın ərəfəsində olduğumuzun təzahürləri sayıla bilər.

Rusiyanın da prosesin içində olması və belə görünür, onun müsbət sonuclanmasına maraq göstərməsi qənaətimizi möhkəmləndirir. Hər necə olmasa, söhbət birinci ildönümü yaxınlaşan və Putinin də imzası olan 10 noyabr üçtərəfli kapitulyasiya sənədindən, bütövlükdə isə Rusiyanın, Putinin imicindən gedir. Çünki Moskvanın təşəbbüskarlığı nəticəsiz bitsə, o zaman başqa bir qlobal oyunçuya ehtiyac yarana, yaxud Azərbaycan təzədən qardaş Türkiyəni yanına alıb da “B planı”nı - “güc variantını işə sala bilər. Bu isə şimal qonşumuzun yaxın və orta perspektiv planlarına daxil deyil.

Təbii ki, Kremldə Bakı və Ankaranın ehtiyat ssenarisini ciddiyə alırlar. Odur ki, Rusiyanın da müəyyən mənada tələsdiyini söyləmək mümkündür. Prezident V.Putinin “Valday” beynəlxalq klubunun son iclasında söylədiyi fikirlər buna şəkk-şübhə saxlamır. Rusiya lideri iki ölkə arasında münasibətlərin normallaşmasının və sərhədlərin dəqiqləşdirilməsinin, habelə Zəngəzur dəhlizinin açılmasının vacibliyini bildirib və onu da qeyd edib ki, iki respublika arasında sərhədlərlə bağlı xəritələr hazırda Rusiya Baş Qərargahındadır.

“Bu gün uzunmüddətli nizamlama şərtlərini hazırlamaq lazımdır. O zaman regionda nəqliyyat yolları və iqtisadi əlaqələr bərpa olunacaq. Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Bu Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir”.

Bunu da Kreml başçısı söyləyib və çıxışında bircə dəfə də olsun, “Dağlıq Qarabağ”, “status” sözlərini işlətməyib.

Bütün bunlar o anlama gəlir ki, Moskva Bakı və İrəvan arasında tezliklə sovet xəritələri əsasında bir-birinin ərazi bütövlüyünü tanımaqda və hətta diplomatik əlaqələrin qurulmasında maraqlı görünür və daha çox da İrəvandan konstruktivlik tələb edir...

*****

Григорян, Армен Валерьевич — Википедия

Armen Qriqoryan 

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına önəm verir. Bu, respublikamız üçün təkcə siyasi perspektivlər deyil, həm də iqtisadi imkanlar açacaq”.

“Yeni Müavat”ın məlumatına görə, bu fikri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, iqtisadi inkişaf regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına gətirib çıxaracaq. Qriqoryanın onu da vurğulayıb ki, iqtisadi infrastruktur təhlükəsizlik təminatlarından biridir.

“Azərbaycanla Ermənistan arasında ikitərəfli təmasların intensivliyi çox yüksək olaraq qalır”.

Bu sözləri isə eyni gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə söyləyib.

Zaxarova deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması üçün bütün lazımi yardımı davam etdirmək niyyətindədir. O, bu xüsusda ölkələrin dini liderləri və xarici işlər nazirlərinin görüşünü də xatırladıb. “İlin sonuna qədər ölkələrin nümayəndələri arasında bir sıra yüksək səviyyəli görüşlər gözlənilir”.

*****

Sonuncu cümlə məxsusi diqqət çəkir və 2021-ci ilin sonunadək üçtərəfli formatda akkord xarakterli yüksək səviyyəli görüşün anonsu sayıla bilər. Söhbət Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistan baş naziri arasında il ərzində və müharibədən sonra sayca ikinci üçtərəfli görüşdən gedir.   

Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir

Ermənistanda da proseslərin hara getdiyinin əslində çox yaxşı fərqindədirlər. O cümlədən Zəngəzur dəhlizinin açılmasına qarşı müqavimətin mənasız olduğunu bilməmiş deyillər. Çünki bu müqavimət ən əvvəl Rusiyaya qarşı getmək deməkdir. O Rusiya ki, soyuq qış ərəfəsində qonşu ölkənin faktiki yeganə xilaskar rolundadır.

Lakin Ermənistan rəhbərliyi öz xalqının durumunu xeyli yüngüllədişə bilər, əgər özünü ağıllı aparıb bölgədəki şərtlərin diktəsinə uyğun hərəkət eləsə, erməni xalqına gerçəyi deyib onu, nəhayət, Azərbaycanla böyük sülhə hazırlasa. Yeri gəlmişkən, bunun üçün ayrılan vaxt limiti bitməkdədir.

Təbii ki, bu işdə erməni KİV-lərinin də üzərinə böyük məsuliyyət düşür. Onlar Türkə nifrəti körükləməklə öz xalqına ən böyük pisliyi eləməkdənsə, ksenofobiyanın ən ağır zərbəsinin elə ermənilərin özlərinə dəyəcəyini cəmiyyətə səbirlə izah eləməlidir.

Əfsus ki, hələlik bunu görmürük. Ancaq ayrı yolları qalmayıb. Əsas da ona görə ki, 10 noyabr 2020-ci ildən sonra zaman onsuz da kapitulyant ölkənin əleyhinə işləyir. Ermənistan bölgənin açar dövləti Azərbaycanla Bakının şərtləri əsasında ya sülh sazişi imzalayacaq, ya da... imzalayacaq!

*****

“Rusiya Ermənistan tərəfinə və ümumiyyətlə, bütün ölkələrə sübut eləməyə çalışır ki, əslində inkişaf etməkdə olan və güclü Azərbaycan regionda zəif Ermənistandan daha yaxşı tərəfdaş ola bilər”.

Bu fikirləri erməni hərbi ekspert Karen Ohanesyan “İcmal” verilişinin efirində səsləndirib (Axar.az).

Onun sözlərinə görə, Rusiya Ermənistanın antitürk siyasətinin yalan təbliğat olduğunu hamıya göstərməyə çalışır və bütün mümkün yollarla sübut edir ki, alternativ var: “Bu gün Kreml üçün vacibdir ki, Zəngəzur dəhlizi tez bir zamanda açılsın. Bu, artıq imic məsələsidir. Rusiyada anlayırlar ki, əgər bu, bir az da uzansa, işə Türkiyə qarışacaq. Ankara Ermənistanın nazı ilə oynamayacaq, dərhal hərbi güc yoluna əl atacaq. Ermənistanın müqavimət göstərmək şansı isə olmayacaq. Odur ki, indi Rusiya Cənubi Qafqazda öz imicini qorumalıdır. Moskva Zəngəzur dəhlizinin açılmasına nail olmalıdır. Bu, prioritetdir”.

Hərbi ekspert mayın 12-dən Zəngəzurda yerləşən Azərbaycan qoşunlarının qüdrətini də qeyd etməyin vacibliyini vurğulayıb. “Onlar yaxşı yerləşdiriliblər, hərbi istehkamları və yollarını yaxşı qurublar. Bu ərazilər tam olaraq Bakının nəzarətinə keçib”, - Ohanesyan əlavə edib.

*****

“Yaxın günlərdə regionda böyük dəyişikliklər gözlənilir”.

Bunu isə politoloq Aleksey Voronenko bildirib.

“Kreml çox gözəl anlayır ki, hazırki vəziyyətdə İrəvana yeni bir qarışıqlıq, xaos lazımdır. Bunun üçün də onlar istənilən təxribata əl ata bilərlər. Birincisi, artıq gizli danışıqlar yolu ilə əldə edilmiş razılıqlara əməl olunma prosesinə yaxın günlərdə start verilməlidir. Buraya ilk növbədə bütün erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, Zəngəzur dəhlizinin açılması və sülh sazişi daxildir. İkincisi, isə hazırda Nikol Paşinyanın da əlinə bir ”bayraq" verilməli idi (5 diversantın qaytarılması nəzərdə tutulur - red.). Çünki o öz xalqına müraciət edəsi olacaq. Əsirlərin geri qaytarılmasını söyləyər-söyləməz sülh sazişindən də söz açacaq. Hazırda bu Paşinyan üçün hava-su qədər vacibdir", - deyə o vurğulayıb.

Onun sözlərinə əsasən, yuxarıda deyilənləri pazl kimi yığsaq, qarşımızda aydın bir mənzərə açılacaq. “Amma bu mənzərənin gizli məqamları da var. İrəvan ”aranı qatsa", bu proseslər ertələnəcək, bu isə nə Kremlin, nə də Bakının planlarına daxildir. İndi gözləmək qalır. Yaxın günlərdə regionda böyük dəyişikliklər gözlənilir", - deyə ekspert qeyd edib.

Ümid edək ki, bu dəyişiklik regionda sülhə ciddi töhfə verməklə yanaşı, müharibə ehtimalını da sıfırlayacaq... 

“Yeni Müsavat”

Xəbəri paylaş

2350 dəfə oxunub.

Digər xəbərlər