Saytımızı qiymətləndirin


 
 

Türkiyədən Azərbaycana möhtəşəm jest - 100 illiyin şərəfinə pul
Tarix: 25-05-2018 | Saat: 14:36
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Türkiyədən Azərbaycana möhtəşəm jest

 

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xatirə pul nişanı hazırlanıb.

"Qarabaginfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, maksimum sayı iki min ədəd olan 20 türk lirəsinin çəkisi 925 əyar gümüşdən ibarətdir. 

Mayın 18-dən dövriyyəyə buraxılan xatirə pul nişanları 2020-ci ilin mayın 18-nə kimi satışda qalacaq.  

Qeyd edək ki, “İyirmi lirə” xatirə gümüş pul sikkələri Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə hazırlanıb. Mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümləri ilə əlaqədar konsulluğun təşkilatçılığı ilə İstanbulda Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərginin qonaqlarına da həmin pul sikkələri hədiyyə olunub.

 

 

 

 



Xəbəri paylaş

588 dəfə oxunub.

Digər xəbərlər