Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda daha 1 242 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
Tarix: 06-08-2021 | Saat: 15:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 nəfər vəfat edib. 10 007 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, bu günə qədər isə ümumilikdə 4 094 565 test icra olunub.



Xəbəri paylaş

280 dəfə oxunub.

Digər xəbərlər