Saytımızı qiymətləndirin


 
 

Gənclər Təşkilatları Milli Şurası beynəlxalq təşkilatlara müraciət edib
Tarix: 03-07-2021 | Saat: 14:50
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

Gənclər Təşkilatları Milli Şurası beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası ölkə ərazisindən keçən transsərhəd çaylardan biri olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, müraciətdə qeyd edilir ki, Azərbaycan gəncləri və gənclər təşkilatları beynəlxalq ictimaiyyətin diqqətini transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən daim çirklənməyə məruz qalmasına və onun çirklənməsinin əhalimizin istifadə etdiyi su ehtiyatlarının keyfiyyətinə birbaşa təhlükə törətməsinə çəkiblər.

Bundan əlavə, gənclər təşkilatları Oxçuçayın çirklənməsinin nəticəsi olaraq biomüxtəliflik, ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını diqqətə çatdırıblar.

Gənclər təşkilatları regionda ekoloji təhlükəsizliklə bağlı Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını qeyd etməklə beynəlxalq təşkilatları Ermənistanın çirkli maddələri ətraf-mühitə atmaması, təbii yaşayış mühitini, habelə əhalinin, xüsusən də gənc nəslin sağlamlığı və təhlükəsizliyini təhlükə altına almağı dayandırması üçün kəskin etirazlarını bildirməyə və nəhayət bununla da Ermənistan hökumətinin məsuliyyətli davranmasına çağırmışlar.

Müraciətdə yalnız bu yolla ölkələrimiz arasında etimad quruculuğu, ekoloji təhlükəsizlik təmin edilə və bölgədə davamlı sülhün bərqərar olması üçün yol açıla biləcəyi qeyd olunub.



Xəbəri paylaş

1351 dəfə oxunub.

Digər xəbərlər