Tarix: 10-06-2021 | Saat: 12:40
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycana girişinə qadağa qoyulan Rusiyanın “Match TV” telekanalının jurnalisti Nobel Arustamyan UEFA tərəfindən Avropa Çempionatında iştirak üçün rəsmi akkreditasiya alıb.
Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İctimai Radiosu məlumat yayıb.
Arustamyanın Azərbaycana buraxılıb-buraxılmayacağı isə hələ də sual altındadır. Əgər Azərbaycan icazə verməzsə, həmin şərhçi Bakıdakı oyunlardan başqa bütün Avropa Çempionatı oyunlarına yollana biləcək.
Məsələyə münasibət bildirən Arustamyan bildirib ki, o, əslən Bakıdandır:
“Əlbəttə, bu yay Bakıya gəlməyi planlaşdırmırdım. Azərbaycanda məni gözləmirlər. Mən əslən Bakıdanam, valideynlərim orada doğulub, babam orada dəfn olunub, bütün ailəm də oradandır. 80-ci illərin sonunda hamımız oradan ayrılmalı olmuşuq”, - deyə jurnalist öz teleqram hesabında qeyd edib.
Digər xəbərlər